28 aprel 2013 15:55

Con Toşak: Finala vəsiqəni alnımızın təri və azarkeşlərimizin gücü ilə qazandıq

Ölkə kubokunun yarımfinal matçı çərçivəsində paytaxtın “Bakı” klubunu iki oyunun nəticəsinə görə məğlub edib finala vəsiqə qazandıqdan iki gün sonra qarşı tərəf matçı idarə edən hakimlər briqadasının onların finala adlamasına mane olduğu haqqında fikirlərlə mətbuatda çıxış etdi. Azerisport.az xəbər verir ki, bu məsələyə “Xəzər Lənkəran” klubunun mətbuat xidməti rəsmi şəkildə münasibət bildirdikdən sonra baş məşqçi Con Bencamin Toşak da “Bakı” klubunun iddialarına rəsmi sayt vasitəsilə cavab verib.
 
Həmin açıqlamanı təqdim edirik:
 
“Mən “Bakı” tərəfinin bu açıqlamaları ilə tanış olub çox üzüldüm. Normal olaraq mən hakimlik haqqında heç zaman danışmıram. Amma əgər rəqibimiz hakimlərin bizə kömək etdiyini önə çəkirsə deyim ki, biz özümüz də hakimlikdən razı qalmadıq. Bircə şeyi vurğulayım ki, “Bakı” klubunun 5 nömrəli futbolçusu (Aqil Nəbiyev nəzərdə tutulur-red) iki dəfə simulyasiyaya əl atıb əlverişli hücumumuzun qarşısını aldı. Yan hakim bir dəfə real qol şansımıza mane olub oyundan kənar vəziyyət qeydə aldı. Mən, cavab qarşılaşmasından sonra mətbuat konfransında dediyim fikirlərimə bir daha qayıtmaq məcburiyyətindəyəm – “Bakı” mərhələ adlamağı hələ ilk oyunda uduzmuşdu. Biz finala vəsiqəni futbolçularımızın alnının təri və azarkeşlərimizin gücü ilə qazandıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.