29 aprel 2013 18:49
Pena 1500, Tağıyev 1000 AZN qazandı
Xəbər verdiyimiz kimi, mart ayında Topaz Premyer Liqasının ən yaxşı oyunçusu və ən yaxşı qolun müəllifi “Four Seasons” mehmanxanasında keçirilən tədbirdə mükafatlandırılıblar. Azerisport.az xəbər verir ki, KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə görə, Topaz Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu “Bakı”nın oyunçusu Marius Pena seçilib.
Rumıniyalı hücumçuya PFL-in prezidenti Ramin Musayev tərəfindən hədiyyə və AzəridmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov tərəfindən 1500 azn pul mükafatı verilib.
PFL-in rəsmi saytında keçirilən sorğuya əsasən isə AZAL klubunun gənc futbolçusu Cavid Tağıyevin ötən ay “Qəbələ”nin qapısına vurduğu qol ən yaxşı qol seçilib. Cavid Tağıyevə PFL-in prezidenti Ramin Musayev tərəfindən hədiyyə və AzəridmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov tərəfindən 1 000 azn pul mükafatı verilib.
