29 aprel 2013 20:17
Dieqo Simeone: Bakını məğlub etməyə çalışacağıq
İspaniyanın “Atletico” klubunun baş məşqçisi Dieqo Simeone Azərbaycana səfərləri və “Bakı”ya qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Sizi salamlamaqdan şadam. Belə isti münasibətə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, sabah azarkeşlər üçün maraqlı oyun olacaq. Onlar adətən televiziya vasitəsilə izlədikləri oyunu indi canlı görə bləcəklər. Hər iki komanda öz gücünü göstərməyə çalışacaq. Biz də meydana çıxıb, qələbə qazanmağa çalışacağıq. Bilirəm ki, Arda Turanı Azərbaycanda sevirlər. Onun da meydanda olmasına çalışacağıq”.
