29 aprel 2013 20:45

Pena və Cavid Tağıyev ən yaxşı seçilmələrindən danışdı

Topaz Premyer Liqasında mart ayının ən yaxşı oyunçusunun və ən yaxşı qolunun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən “Fenerbahçe” klubunun keçmiş futbolçusu Selçuk Yula, həmçinin mart ayının ən yaxşı oyunçusu Marius Pena və ən yaxşı qolun müəllifi Cavid Tağıyev öz fikirlərini bildiriblər. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

Selçuk Yula: “Bu artiq ikinci belə tədbirdir, bütün iştirakçıları təbrik edirəm. Bu cür tədbirlər Türkiyədə də uzun illərdir keçirilir. Mən özüm də bir neçə dəfə ayın ən yaxşı oyunçusu və ən yaxşı qolu müəllifi nominasiyalarında mükafatlar almışam. Bu sevindirici haldır, inanıram ki, Azərbaycanda da davamlı olar. “Qalatasaray”ı indidən çempionluqla təbrik edirəm. “Fenerbahçe” klubuna isə Avroliqanın yarımfinal oyununda uğurlar arzulayıram”.
 
Marius Pena: “Azərbaycan klubunun tanınmış bir Avropa klubu ilə oynamasını çox yaxşı hal sayıram. Buna görə sevinirəm. Komandamın Avroliqa şansları davam edir. Bu klubda çıxıış etdiyim üçün xoşbəxtəm. Məndən başqa ayın ən yaxşı futbolçusu adına kimin layiq olduğunu deyə bilmərəm. Hər halda, bu, verilən səslərdən asılıdır. Ayın oyunçusu seçilmək tək mənim deyil, hər bir futbolçunun arzusudur. Bu uğurda mənim komanda yoldaşlarımın və məşqçinin də rolu var. Əgər komandam uğur qazanırsa, mən də qazanıram”.
 
Cavid Tağıyev: “İlk yeri tutmağım mənim üçün gözlənilməz oldu. Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Uğurun ardını gətirməyə çalışacağam”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.