29 aprel 2013 11:34
Kamran Ağayev: XL-dan özüm getməmişəm
“Bakı”nın qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
- “Simurq” üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiz?
- Ağır oyun alındı. Kubokdakı uğursuzluqdan sonra qələbə qazanmaq istəyirdik. İrəliyə baxmalıyıq. Futbolda qələbələr də olur, məğlubiyyətlər də.

- Buraxılan qola rəğmən, bir neçə dəfə komandanızı xilas etdiniz...
- Qapıçının işi elə qapısından qol buraxmamaqdı. Çalışdım ki, komandama kömək edim.
- “Simurq”un hazırda dördüncü pillədə qərarlaşdığını nəzərə alsaq, yəqin ki, indiki mərhələdə bu qələbə sizin üçün çox önəmli idi...
- “Simurq” heç də adi komanda deyil. Hər halda onlar indiki mövqeyə təsadüf nəticəsində çıxmayıblar. Bütün mövsümü yüksək səviyyədə keçiriblər. Biz onlara qol vurmağın nə qədər çətin olduğunu bilirdik. Lakin bu çətin işin öhdəsindən gələ bildik.
- Sizcə, komandanız Avropa Liqasına vəsiqə qazandıran dördüncü pilləni tuta biləcək?
- Məncə futbolla məşğul olan insanlar şansların olub-olmadığını müzakirə etməməlidilər. Niyə? Ona görə ki, əgər indi bizim şansımız qalmayıbsa, oynamamalıyıq? Əksinə, hər oyunda çıxıb maksimum güclə mübarizə aparmaq lazımdı.
- Bu qələbənin komandada əlavə stimul yaratdığını demək olar?
- Stimul həmişə yüksək olmalıdı. Meydana çıxan bütün futbolçular peşəkardılar, bilirlər ki, meydanda maksimum güclə mübarizə aparmaq lazımdı. Hələ şansımız var. Oynamaq lazımdı.

- Ötən həftə kubokda “Xəzər Lənkəran”a uduzmaqla böyük bir şansı əldən qaçırdınız. Siz həmin oyunda meydana çıxmadınız. Amma hər halda Lənkərana rəqib kimi getmək necə hiss idi?
- Keçmiş komandamdan danışmaq istəmirəm. O, mənim karyeramda bir səhifə idi və artıq bağlanıb. Mən heç vaxt lənkəranlı azarkeşləri unutmayacağam, onlar həmişə mənim qəlbimdədilər. Hətta bəzi cənublu azarkeşlər məni təhqir etsələr də. Amma mən onları əsl “Xəzər Lənkəran” azarkeşləri hesab etmirəm. Çünki əsl azarkeşlər hətta vaxtilə bu komandanın formasını geymiş bütün futbolçuları sevirlər. Həm də bu komandadan mən özüm getməmişəm. Məni ordan uzaqlaşdırıblar. Məhz bu üzdən indi “Bakı”nın formasını geyirəm.

- “Atletico” ilə yoldaşlıq oyunundan nə gözləyirsiz?
- Çoxları elə düşünür ki, bu, bir şoudu. Amma belə deyil. Hələ oynayıb-oynamayacağımı bilmirəm. Buna baş məşqçi qərar verəcək. Rəqibin adı heç bir önəm kəsb etmir. Bizə sadəcə öz futbolumuzu oynamaq lazımdı.