30 aprel 2013 00:05

Real Madrid Fondu Bakıda sosial futbol məktəbi açır (FOTO)

İspaniyanın Madrid şəhərində Santiaqo Bernabeo stadionunda Azərbaycan Gənclər və İdman Nazirliyi və Real Madrid Fondu (Fundación Real Madrid) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azerisport.az xəbər verir ki, 2013-2017-ci illəri əhatə edən bu əməkdaşlığın əsas məqsədi "Uşaqları futbola cəlb etməklə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası" adlı sosial layihə çərçivəsində Azərbaycanda sosial futbol məktəbinin yaradılmasıdı.
 
Layihənin ilkin mərhələsində sosial futbol məktəbinin Bakı şəhəri "Vətən" İxtisaslaşmış Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulub.
 
İmzalama mərasimində Azərbaycan nümayəndə heyətinin üzvləri - gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, "İnkişaf Naminə İdman" İctimai Birliyinin sədri Mehman Kərimov, Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev, İspaniya tərəfdən Real Madrid Fondunun icraçı vitse-prezidenti Enrike Sançez, Fondun baş direktoru Xulio Qonzales Ronko, beynəlxalq əlaqələr üzrə məsul şəxs xanım Rosa Ronkal, həmçinin digər qonaqlar və çoxsaylı media mənsubları iştirak ediblər.
 
Enrike Sançez Real Madrid Fondunun beynəlxalq layihələrindən, həmçinin dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən 200-dən artıq sosial idman məktəbinin fəaliyyətindən danışıb. Avropada 8-ci məktəbin Azərbaycanda açılmasının Real Madrid Fondu üçün şərəf olduğunu vurğulayan Sançez sosial futbol məktəbinin işinə uğurlar arzulayıb.
 
Sonra çıxış edən nazir müavini İsmayıl İsmayılov Azərbaycan hökumətinin idman, o cümlədən futbolun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən və 21 illik müstəqillik dövründə əldə olunmuş nailiyyətlərdən danışıb, bu əməkdaşlığı futbolun uşaqlar və gənclər arasında kütləviləşməsi, onların sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası istiqamətində atılmış tarixi addım kimi qiymətləndirib. İsmayılovun sözlərinə görə, Real Madrid Fondunun sosial idman modeli əsasında yaradılacaq sosial futbol məktəbində 6-17 yaşlı oğlan və qızlara futbol üzrə təlim-məşqlərdən başqa, peşə yönümlü təlimlər, həyat bacarıqları, uşaqlar və valideynlər üçün psixo-sosial dəstək üzrə treninq və seminarlar təşkil ediləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.