29 aprel 2013 11:57
Yığmamızdan minimal hesablı qələbə
Rusiyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Çernomorets" (Novorossiysk) klubunun U-15 komandası ilə qarşılaşan yığmamız Samir Əliyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yığmamızın heyətində Bahadur Həziyev penalti zərbəsini qola çevirə bilməyib.
