29 aprel 2013 12:07
Yığmamız dünya çempionu ilə qarşılaşacaq!
Mayın 6-dan 12-dək çimərlik futbolu üzrə Azərbaycan milli komandası Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, yığmamız hazırlıq prosesi çərçivəsində hazırkı dünya çempionu Rusiya ilə yoldaşlıq oyunu keçirəcək.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Zeynal Zeynalov
Emin Kürdov
Ramil Əliyev
Əbdül Əliyev
Orxan Məmmədov
Nahid Mehrəliyev
Comərd Baxşəliyev
Ramin Quliyev
Elçin Qasımov
Asif Zeynalov
Vaqif Şirinbəyov
Fəyar Hüseynov
Amid Nəzərov
Ruhid Usubov
