29 aprel 2013 12:27
Arda Turan: Azərbaycanda məni sevirlər
İspaniyanın “Atletico” klubunun və Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan Azərbaycana səfərləri barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Azərbaycanda olduğum üçün şadam. Burda özümü vətənimdəki kimi hiss edirəm. Çünki biz eyni millətik. Burda məni sevirlər və bu, çox xoşuma gəlir. “Bakı” ilə görüş sadəcə yoldaşlıq oyunudu. Bu, sadəcə iki klub arasındakı əlaqələri daha da möhkəmləndirməyə xidmət edir”.
