29 aprel 2013 12:43
Falkao: Bakının bu qədər gözəl şəhər olduğunu bilmirdim
İspaniyanın “Atletico” klubunun hücumçusu Falkao Azərbaycan və Bakı haqda fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bakının bu qədər gözəl şəhər olduğunu bilmirdim. Azərbaycan paytaxtının sakinləri sevinməlidilər ki, belə bir şəhərdə yaşayırlar. Əminəm ki, hələ daha gözəl yerlər görəcəm. Aeroportdan qaldığımız otelə qədər olan yolu gələrkən gördüm ki, Bakı Avropanın ən gözəl şəhərlərindən biridi”.
