29 aprel 2013 13:01
Türkiyə klubunun bazasına silahlı basqın
Türkiyə PTT Birinci Liqasında futbolçuların məşq bazasına silahlı basqın olub. Azerisport.az xəbər verir ki, bu hadisə “Ankaragücü”nün təlim-məşq bazasında baş verib.
Belə ki, naməlum şəxslər avtomobillə klubun bazasına yaxınlaşıb. Bazaya yaxınlaşdıqdan sonra atəş açılıb. İşçi personalının bildirdiyinə görə bir neçə dəfə atəş açıldıqdan sonra şəxslər hadisə yerindən uzaqlaşıblar.
Hazırda bu hadisə ilə bağlı araşdırma aparılır. Hadisənin konkret səbəbləri bəlli deyil.
