30 aprel 2013 01:25
Arda Turana Turanda oynamaq təklif olundu
Futbol üzrə Türkiyə yığmasının və İspaniyanın “Atletico” klubunun yarımmüdafiəçisi Arda Turan Azərbaycana səfəri çərçivəsində komandasının əsas diqqət mərkəzində olan üzvlərindəndi. Azerisport.az xəbər verir ki, ötən gün türkiyəli futbolçu Azərbaycan futbolunun veteranlarından Ələkbər Məmmədovla görüşüb.
Görüşdə Premyer Liqanın bəzi klublarının nümayəndələri də iştirak ediblər. “Turan”ın nümayəndəsi isə Ardaya klubun şərfini verib və ona Tovuz təmsilçisinə keçməyi təklif edib.
