29 aprel 2013 13:35

Neftçi və Qarabağ rəsmən avrokuboklarda

Bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan ikisinin adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, ötən gün keçirilən 28-ci turun oyunlarından sonra “Neftçi” və “Qarabağ”ın Avropada oynayacağı dəqiqləşib.
 
“Neftçi” dünən “İnter”i 2:0 məğlub edib, dördüncü pillədəki “Simurq” “Bakı”ya yenilib – 1:2. Bununla da “Neftçi” və “Simurq” arasında xal fərqi 17-yə yüksəlib ki, qarşıdakı 4 turda bunun aradan qalxması mümkün deyil.
 
“Qarabağ” isə “Qəbələ”ni 2:0 hesabı ilə yenib. İndi Ağdam təmsilçisi “Simurq”dan 14 xal öndədi. Bu isə “Qarabağ”ın da “Neftçi” kimi medal və avrokuboklara vəsiqəni təmin etməsi deməkdi.
 
İndi bu iki komanda Çempionlar Liqasına vəsiqə uğrunda müğarizə aparır. Premyer Liqanın qalibi olacaq komanda qitənin bir nömrəli klub turnirinə vəsiqə qazanacaq, digəri isə Avropa Liqasında çıxış edəcək.
 
Avrokuboklara digər iki vəsiqə uğrunda 4 komanda mübarizə aparır. Premyer Liqada 3-5-ci pilləri tutan “İnter”, “Simurq” və “Bakı”, kubokda isə finala çıxan “Xəzər Lənkəran”.
 
“İnter”in “kiçik qardaşı” “Simurq”a güzəşt etməyəcəyi və Avropaya gedəcəyi dəqiqdi. “Xəzər Lənkəran” isə “Neftçi”nin çempion olmasına dua etməlidi. Bu halda, Con Toşakın komandası finalı gözləmədən Avropa Liqasına vəsiqəni təmin edəcək. “Simurq” və “Bakı” isə əksinə, “Neftçi”nin çempion olmamasına və kuboku qazanmasına dua edəcək. Belə olan halda, “Neftçi” kubokun qalibi kimi Avropa Liqasına yollanacaq və “Simurq”la “Bakı”dan biri 4-cü pilləninin sahibi kimi onlara yoldaş ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.