29 aprel 2013 13:56
Dieqo Simeone: Bakı ilə matçın nəticəsi mənim üçün heç bir önəm kəsb etmir
İspaniyanın “Atletico” klubunun baş məşqçisi Dieqo Simeone Azərbaycana səfərləri və “Bakı”ya qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən “Bakı”nın heyətində kimlərin oynayacağını bilmirəm. Çünki bu komandanı tanımıram. Bu oyunda nəticə mənim üçün heç bir önəm kəsb etmir. Amma əminəm ki, azərbaycanlı futbolsevərlər “Atletico”nu Bakıda görmələrindən şad olacaqlar. Onların razı qalacağına inanıram”.
