29 aprel 2013 14:08

“Bu, gənc futbolçuları həvəsləndirir, sabaha ümidləndirir”

Topaz Premyer Liqasının 28-ci turu “Qəbələ” üçün bir sıra maraqlı məqamlarla yadda qaldı. Azerisport.az xəbər verir ki, “Qarabağ”la ev oyununda meydançaya 4 gənc futbolçu – Sadiq Quliyev, Kamal Mirzəyev, Tərzin Cahangirov və Ürfan Abbasovla  çıxan “qırmızı-qaralar” komandanın gələcəyi və gənc futbolçuların inkişafı baxımından mühüm addım atdı.
 
Matç Sadiq Quliyev və Kamal Mirzəyevin debütü ilə yaddaqalan oldu. Oyundan sonra klub saytına açıqlama verən debutantlar hisslərini bölüşüblər.
 
Çıxışını dəyərləndirən 18 yaşlı Sadiq Quliyev meydançaya həyəcansız çıxdığını bildirdi: ”Maraqlı və gərgin oyun alındı. Mənim üçün xüsusilə yaddaqalan matç oldu. Məğlub olmağımız məyusluq yaradır. İstərdim ki ilk oyunumdan qələbə ilə ayrılım. Təəssüf ki, alınmadı. O ki, qaldı fərdi oyunuma fikrimcə, normal çıxış etdim. Amma bunu ən yaxşı məşqçi heyəti və izləyicilər dəyərləndirə bilər. Meydançaya həyəcansız çıxmışdım. İlk dəfə idi ki, “Qəbələ” bu sayda gənc futbolçu ilə çıxış edirdi. Bu addım həm əvəzedici heyətdəki, həm də akademiyada yetişməkdə olan futbolçuları həvəsləndirir, sabaha ümidləndirir. Çalışacam mənə bəslənən ümidləri doğruldum, oyunumla əsas komandada möhkəmlənim”.
 
Kamal Mirzəyev ona şans verilməsini gözlədiyini, bu addımın onları stimullaşdırdığını söylədi:
“Mənə şans verilməsini səbirsizliklə gözləyirdim. İlk dəqiqələrdə həyəcanlı idim, amma vaxt irəlilədikcə həyəcanı üstümdən ata bildim. Çıxışım barədə danışmağım düzgün olmazdı. Bu barədə məşqçilər danışsa daha düzgün olar. Amma fikrimcə gənclərin meydançadakı topla davranışları və anlaşmaları normal səviyyədə idi. Ən əsası bizlərə şans verilməsi gənc futbolçuları stimullaşdırır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.