29 aprel 2013 14:34
Arda Turan: Fəxr edirəm ki, üzərində Azərbaycan yazılmış formanı geyinirəm
İspaniyanın “Atletico” klubunun və Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan Azərbaycana səfərləri və “Bakı”ya qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
- Bu gün biz Şəhidlər xiyabanında olduq. Şəhid olmuş türk əsgərlərinin xatirəsini yad etdik. Bu, məni çox təsirləndirdi. Hamıya məlumdu ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdi. Sizin problem bizim problemdi, bizim qələbə sizin qələbənizdi.

- Son səfərinizlə müqayisədə burda çoxmu şey dəyişib?
- Bəli. Bakı daha maraqlı olub. Hər şey daha gözəldi.

- Sizin ən çox xoşunuza gələn nə oldu?
- Bayraq meydanı. Orda özümə şəkillər də çəkdirdim. Yaxşı xatirə olacaq.

- “Bakı” ilə qarşıdakı oyun haqda nə deyə bilərsiz?
- “Bakı”ya qarşı oynamaq maraqlı olacaq. Bu görüşün nəticəsi o qədər də önəmli deyil. Bu, yaxşı bir şou olacaq. Əsas məqsəd klublar arasındakı münasibətləri daha da yaxşılaşdırmaqdı. Tezliklə “Bakı” da Madridə gələcək. Şou göstərməyə çalışacağıq.

- Bəs siz meydana çıxacaqsız? Axı bir aya yaxındı zədə səbəbindən komandanıza kömək edə bilmirsiz...
- Oynamağa çalışacam. 90 dəqiqə olmasa da, meydanda olmaq istəyirəm.
- Sizin üçün üzərində “Land of Fire Azerbaijan” yazılan formanı geyinmək nə dərəcədə önəmlidi?
- Mən bu formanı geydiyim üçün qürur duyuram. Ola bilər ki, “Atletico”nun digər futbolçuları üçün bu, o qədər də böyük önəm kəsb etmir. Amma mənim üçün bu, tam fərqli məna daşıyır.

- Komandanızın İspaniya Kubokunun finalındakı şanslarını necə qiymətləndirirsiz?
- “Real”la oynasaq da, şanslarımızın bərabər olduğunu düşünürəm. Biz La Liqanı qazanmaq şansımızı itirmişik, avrokuboklarda mübarizəni dayandırmışıq. İndi titul qazana biləcəyimiz bircə turnir qalıb. Mövsümü titulla bitirmək istəyirik.

- “Fenerbahçe”nin Avropa Liqasını qazanmaq şanslarını necə qiymətləndirirsiz?
- Onlara uğurlar arzulayıram. Bu komanda bütün türk dünyasını təmsil edir. Ümid edirəm ki, çempion ola biləcəklər.