29 aprel 2013 14:53
Baş katib UEFA-nın tədbirində
Bu gün Avstriyanın paytaxtı Vyanada UEFA-nın milli assosiasiyaların rəhbərləri üçün proqramı (Top Executive Programme) çərçivəsində baş katiblərin görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edəcək.
