29 aprel 2013 15:41
Neftçi Qarabağla oyunda əcnəbi hakim istəyir
“Neftçi”nin rəisi Güloğlan Cabbarov komandanın çıxışını dəyərləndib. Azerisport.az xəbər verir ki, klub rəsmisi bunları dilə gətirib:
“Çempionluq uğrunda əsas rəqiblərimizdən olan “İnter” üzrəində qələbə qazandığımız üçün sevinirəm. Hami dünənki oyunda “Neftçi”nin gücünü gördü. Təəssüflər olsun ki, komandamızın bu oyunda oyunda qazandığı layiqli qələbəyə kölgə salanlar tapıldı. Lakin, bu matç artıq arxada qalıb. Biz indi komanda olaraq, “Qarabağ”la oyun haqda düşünürük. Bütün azarkeşlər “Qarabağ” – “Neftçi” oyununu çempionluq görüşü kimi qiymətləndirilər. Bu da əbəs yerə deyil. Odur ki, bütün futbol ictimaiyyətini daha diqqətli olmağa çağırıram. Elə hakimlərimiz var ki, onların təyinatı “Qarabağ” tərəfinin etirazına səbəb ola bilər. Və yaxud əksinə, bizim. Ona görə də biz “Qarabağ” – “Neftçi” oyununun idarəçiliyinin əcnəbi hakimə tapşırılmasının tərəfdarıyıq. Belə olan halda söz söhbətlərə də son qoyular. Kim güclüdürsə, o da qalib gəlsin”.
