29 aprel 2013 15:54
Marius Pena mart ayının ən yaxşı futbolçusu oldu
Mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının jurnalistlər arasında apardığı sorğunun nəticələri açıqlanıb.
Beləliklə, sorğunun nəticəsinə görə, ötən ayın ən yaxşı futbolçusu Marius Pena bütün həmkarlarını qabaqlayıb. “Zolaqlılar”ın rumıniyalı forvardı ilk dəfədi belə bir uğura imza atır.
