29 aprel 2013 16:08
Ramin Musayev: Məni yox, pis futbolçuları tənqid edin
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev son dövrlər jurnalistlərin futbolçulardan daha çox futbol başbilənlərini tənqid etməsindən narazılığını bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Son dövrlər görürəm ki, jurnalistlər futbolçuları yox, rəhbərliyi tənqid edirlər. Amma futbolu klub rəhbərləri oynamırlar. Pis futbolçuları tənqid edin, məni yox. Yoxsa mənim adım asan yazılır? Niyə ən yaxşı hücumçuların arasında azərbaycanlı futbolçu yoxdu? Axı bunda biz günahkar deyilik. Yığma üzvləri fəal olmalıdılar. Onlara arxayınlaşmaq olmaz. Çempionat da məhz onlar üçün keçirilir”.