29 aprel 2013 17:48
Bakını Atletico ilə oyuna kimin çıxaracağı dəqiqləşdi
“Bakı”nın İspaniyanın “Atletico” klubu ilə yoxlama oyununa kimin rəhbərliyi altında çıxacağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın çalışdırıcısı Novruz Əzimov olacaq.
Ona bu işdə Qəhrəman Əliyev kömək edəcək.
Xatırladaq ki, “Bakı” – “Atletico” – qarşılaşması sabah keçiriləcək.
