30 aprel 2013 20:26
Georgi Çixradze: Mümkündü ki, mən səhv etmişəm
“Simurq”un baş məşqçisi Georgi Çixradze AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalanmasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis bunları dilə gətirib:
“Bakı” ilə oyun bizim üçün turnir cədvəli baxımından çox vacib oyun idi. Biz dördüncü yer uğrunda əsas rəqibimizlə qarşılaşırdıq. Oyundan sonra bir azarkeş məni söydü. Mən köməkçilərimdən biri ilə söhbət edərkən o, bizə yaxınlaşdı. Əminəm ki, o, bunu təxribat məqsədi ilə etdi. Təbii ki, bu, mənim ürəyimcə ola bilməzdi. Düşünmürəm ki, buna görə cinayət işi açılsın. Çünki futbolda belə hallar olur. Mümkündü ki, mən səhv etmişəm. Amma biz apelyasiya şikatəyi verəcəyik”.