30 aprel 2013 22:36
Arda Turan: Bakıya qarşı zədəli olduğuma görə oynaya bilmədim
İspaniyanın “Atletico” klubunun yarımmüdafiəçisi Arda Turan “Bakı” ilə yoldaşlıq oyununda meydana çıxmamasının səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bakı”ya qarşı oynamağıma çox sevinərdim. Amma təəssüf ki, kiçik zədəm vardı və bu üzdən oynaya bilmədim. Buna baxmayaraq, oyunu kənardan izləmək də maraqlı idi. Çünki Bakıda olmaq çox xoşdu”.
“Bakı”ya qarşı oynamağıma çox sevinərdim. Amma təəssüf ki, kiçik zədəm vardı və bu üzdən oynaya bilmədim. Buna baxmayaraq, oyunu kənardan izləmək də maraqlı idi. Çünki Bakıda olmaq çox xoşdu”.
