30 aprel 2013 11:48
Atleticonun şərəfinə banket (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, “Bakı”nın dəvəti ilə dünya futbol nəhənglərdən sayılan İspaniyanın “Atletico” klubu ölkəmizdə səfərdədi. Azerisport.az xəbər verir ki, ötən gecə "Four seasons" otelində dəyərli qonaqların şərəfinə ziyafət təşkil olunub.
Pireney yarımadasının La Liqa təmsilçiləri ilə yanaşı ziyafətə yerli və ispan media nümayəndələri, futbol ictimayyəti, veteranlar və ölkənin yüksək vəzifəli şəxslər də qatılıblar. Qonaqları Azərbaycan estrada ulduzları əyləndiriblər.
Klub prezidentləri Hafiz Məmmədov və Enrike Serezo tərəfindən bu təntənəli gün üçün xüsusi hazırlanan tort kəsilib. Klublar arasında yaranan bu əməkdaşlığın uzunmüddətli olması arzuları dilə gətirilib. Mərasimin sonunda xatirə şəkili çəkilib.
