1 may 2013 00:27
“Berti Foqtsun komandasına qarşı oynamaq maraqlı olacaq”
Azərbaycan futbolunun veteranlarından olan Maşallah Əhmədov Avropanın veteran futbolçularına qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Berti Foqtsun komandasına qarşı oynamaq maraqlı olacaq. Əlbəttə, almaniyalı mütəxəssisin bu komandaya rəhbərliyi formal xarakter daşıyır. Amma yenə də onun komandasına qarşı mübarizə aparacağıq. Mən Azərbaycan veteranlarına qarşı oynayacaq avropalıların heyəti ilə tanış olmuşam. Bizə qarşı yaxın keçmişin ən yaxşı futbolçuları oynayacaqlar. Lakin biz də cavabsız qalmayacağıq. Bütövlükdə, bu oyun Heydər Əliyevin 90 illik yubileyinə gözəl hədiyyə olacaq”.