30 aprel 2013 12:09

Xəzər Lənkərandan Bakıya dəstək

“Xəzər Lənkəran” “Bakı” - ”Atletiko” (Madrid) əməkdaşlığını yüksək qiymətləndirir. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə yaydığı açıqlamada məlumat verib.

Həmin açıqlama ilə sizi də tanış edirik: “Azərbaycan futbolunun inkişafına xidmət göstərmək yolunda daim özünəməxsus müsbət addımları ilə fərqlənən “Xəzər Lənkəran” futbol klubu olaraq “Bakı” klubunun da, Avropanın tanınmış bir klubu ilə əməkdaşlığını yüksək qiymətləndiririk. Bu gün heyətində Avropanın bir çox tanınmış futbol ulduzlarının toplaşdığı Madrid “Atletiko”sunun İspaniya La Liqasında formalarında “Azerbaijan – Land of Fire” reklamı ilə meydana çıxmasına necə sevinmişdiksə, bu gün də, bu klubun “Bakı”nın dəvəti əsasında paytaxtımızda olmasından məmnunluq duyuruq. “Xəzər Lənkəran” klubu olaraq düşünürük ki, klublarımızın ölkəmizi və futbolumuzu dünyada tanıtdırmaq yolunda atdığı hər bir belə addım ümumi olaraq ölkə futbolumuzun inkişafına xidmət sayılmalıdır. Hazırda klublarımızın ölkə daxilində klub infrastrukturunu formalaşdırmaq xətti ilə yanaşı hazırlayıb həyata keçirdikləri “Azerbaijan – Land of Fire” kimi böyük layihələrdə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Azərbaycan futbolunun inkişafına dair dövlət proqramı”na dəstək verən gözəl bir addımdır.
 
Bir daha “Xəzər Lənkəran” klubu olaraq “Bakı” klubunun həyata keçirdiyi lahiyəni, “Bakı”- “Atletiko” (Madrid) əməkdaşlığını yüksək qiymətləndirib dost paytaxt klubuna bu yolda uğurlar arzulayırıq.
 
“Xəzər Lənkəran” Futbol Klubu”

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.