1 may 2013 00:56
Kamran Ağayev: Atletico ilə oyunda hanısa şoudan danışmaq yersizdi
“Bakı”nın qapıçısı Kamran Ağayev İspaniyanın “Atletico” klubuna qarşı keçirdikləri yoldaşlıq matçından (0:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı təəssüratlarınız necədi? Sizin üçün bu, şou idi?
- Bəlkə də kənardan bu, şou təsiri bağışlayırdı. Amma özünüz də gördünüz ki, heç kim qarşındakına güzəştə getmək istəmirdi. Hər iki komanda mübarizə apardı. Amma “Atletico” öz oyununu diqtə etdirməyi bacardı. Ona görə də burda hansısa şoudan danışmaq yersizdi. Bilirəm ki, elə oyunlar adətən heç-heçə qurtarır. Bu görüşdə isə belə bir razılıq əldə olunmamışdı.

- Siz bir qol buraxdınız, Aqil Məmmədov iki. Onun oyununu necə qiymətləndirirsiz?
- Mən həmkarlarımın oyununu dəyərləndirməyi xoşlamıram. “Əvəzləyici” sözü də xoşuma gəlmir. Həm mən, həm də Aqil istənilən an meydana çıxmağa hazırdı. Əsas qapıçı yalnız baş məşqçinin oyun öncəsi şans verdiyidi. Oyundan öncə və sonra hamı eyni hüquqa malikdi.

- Gənc oyunçuların çıxışı xoşunuza gəldi?
- Mən “Bakı”ya təzə gəlmişəm. Klubla müqaviləmin müddəti mövsümün sonunda başa çatacaq. Bu oyunda meydana çıxan gənc futbolçuların bəzilərinin heç adını da bilmirdim. Amma onların bu yaşda “Atletico” kimi kluba qarşı mübarizə aparmaq şansı qazanması mənim üçün çox sevindiricidi. Onlar necə hədiyyə qazandıqlarını anlamalıdılar.

- Sizcə, “Bakı” əsas heyətlə bu oyuna çıxsaydı, fərqli nəticə qeydə alına bilərdi?
- Siz meydanda “Bakı”nın əsas heyətini gördünüz. Əlbəttə, ola bilər ki, meydana legionerlər də çıxsaydı, fərqli nəsə olardı. Lakin rəhbərlik bu oyunda yerli və gənc futbolçuların şans qazanmasına qərar vermişdi.

- Bəs yığmamız oynasaydı, necə?
- Mən yığmamızın oynamasının əleyhinə olmazdım. Lakin siz belə bir sual verməklə hesab edirsiz ki, bu gün meydana çıxanlar futbol oynaya bilmirdilər? Bu, belə deyil. Bəli, biz uduzduq. Amma əvəzində bu qədər gənc futbolçumuz şans qazandılar.

- Belə oyunlar “Bakı”ya nə qazandırır?
- Dediyim kimi, bu qədər oyunçunun özünü göstərmək şansı, təcrübə qazanması az şey deyil. Bizdə elə futbolçular var ki, öz klublarında əsas heyətə düşməyə çox layiqdilər. Hətta Birinci Divizionda da belə oyunçular var. Lakin görünür əcnəbi futbolçuların menecerləri daha yaxşıdılar. Həm də mən diqqət yetirmişəm ki, bəzi oyunçuların menecerləri elə sizin həmkarlarınız – jurnalistlərdi. Bunun düzgün olmadığını düşünürəm.