30 aprel 2013 12:54

Cavid İmamvediyev: Çətin ki, kimsə qələbəmizə şübhə edirdi

“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamvediyevin azerisport.az saytına müsahibəsi
 
- “İnter” üzərində qələbə qazandığınız son oyun barədə nə deyə bilərsiz?
- Çox gərgin oyun alındı. Prinsipcə, biz bunu gözləyirdik. Mövsüm sona yaxınlaşır. Bu üzdən gərginlik də artır. Biz ələ düşən şanslardan yaxşı yararlandıq və haqlı olaraq qələbə qazandıq. Bu üç xal bizi çempionluğa daha da yaxınlaşdırdı. Qarşıdakı dörd oyunda da üstünlüyümüzü qorumağa çalışacağıq.
 
- Sizcə, bu oyunda dönüş nöqtəsi hansı epizod oldu?
- Niassenin meydandan qovulması hər şeyə aydınlıq gətirdi. Biz ikinci qolu vurandan sonra çətin ki, kimsə qələbəmizə şübhə edirdi.

- Rəqib düşərgədə hakimlikdən kəskin narazı qalıblar. Siz necə düşünürsüz?
- Mən hər şeyin qaydalar çərçivəsində edildiyini düşünürəm.
 
- Bu qələbə ilə həm də “İnter”in çempionluq şanslarını heçə endirdiyinizi demək olar?
- Demək olar ki, elədi. Amma mən yenə də belə hesab edirəm ki, “İnter” yaxşı komandadı.
 
- Deməli, çempionluq uğrunda yeganə rəqibiniz “Qarabağ”dı?
- Belə çıxır. Ağdamlılar layiqli rəqibdi. Asan olmayacaq. Qarşıda öz aramızda oyun da var.

- Sizi ikinci hissədə meydana buraxdılar. Yəqin ki, qarşıdakı oyunlarda daha çox forma şansı qazana biləcəksiz...
- Ümid edirəm. Zədəm var idi. Formamı bərpa edəndən sonra daha çox oynamağa başlayacam.
 
- “Qarabağ”la oyundan nə gözləyirsiz?
- Bu oyun çox şeyə aydınlıq gətirəcək. Əgər qələbə qazansaq, çempionluq yolunda çox önəmli bir addım atmış olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.