30 aprel 2013 13:06
Final Xəzər Lənkərana 8 minə başa gəldi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına dair aşağıdakı qərarlar çıxarılıb:
Azərbaycan kubokunun 1/2 final “Xəzər Lənkəran” – “Bakı” matçında “Xəzər Lənkəran”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 35 və 62-ci dəqiqələrində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra təhlükəsizlik təmin olunmadığı üçün (meydançaya azarkeşlər daxil olub) meydan sahibi 5000 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/2 final “Qarabağ” – “Neftçi” matçının 1-ci dəqiqəsində hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vəsatələr istifadə olunduğu üçün 1000 manat cərimə olunublar.
