30 aprel 2013 13:25
Georgi Çixradzeyə 10 oyunluq cəza!
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 28-ci turun oyunlarına dair aşağıdakı qərarlar çıxarılıb:
“Kəpəz” – “Sumqayıt” matçında “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Bakı” – “Simurq” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyun başa çatdlqdan sonra “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze azarkeşi təhqir etdiyinə və ona zərbə endirdiyinə görə 10 oyunluq cəzalanıb, klubu 6000 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçının 21-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “İnter”in futbolçusu İbrahim Niasse kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
AZAL – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
