30 aprel 2013 13:38
İnter və Neftçinin oyunçuları 3 oyunluq cəzalandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 28-ci turunun oyunlarına dair aşağıdakı qərarlar çıxarılıb:
“Neftçi” – “İnter” matçında “Neftçi”nin 5, “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.
Oyunun 55-ci dəqiqəsində “İnter”in futbolçusu Cəmil Hacıyevlə “Neftçi”nin futbolçusu Kamil Nurəhmədov biri-birini təhqir etdiklərinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalanıblar, klubları 2000 manat cərimə olunub.
Oyunun 87-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəşad Əzizli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
