30 aprel 2013 13:56
Baş məşqçilər bir-birini təhqir etdilər, 5 oyunluq cəza aldılar
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Birinci Divizionunun son turunun oyunlarına dair aşağıdakı qərarlar çıxarılıb:
“Göyəzən” – “Tərəqqi” matçının 41-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Tamerlan Yusifov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
Oyunun 64-cü dəqiqəsində “Tərəqqi”nin futbolçusu Fuad Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Energetik” – “Lokomotiv” mtçının 85-ci dəqiqəsində “Energetik”in futbolçusu Vüqar Həsənovla “Lokomotiv” in futbolçusu Səbail Bağırov aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 4 oyunluq cəzalanıblar, klubları 400 manat cərimə olunub.
“Şəmkir” – MOİK matçının 20-ci dəqiqəsində MOİK-in futbolçusu Taleh Muradov idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
Oyunun57-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Abdulla Sadiqov aqressiv hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
Matçın 57-ci dəqiqəsində “Şəmkir”in baş məşqçisi Anar Kələntərovla MOİK-in baş məşqçisi Namiq Adilov biri-birini təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün 5 oyunluq cəzalanıblar, klubları 500 manat cərimə olunub.
