30 aprel 2013 14:22
Yığmamız ruslara dörd cavabsız qol vurdu
Rusiyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Novorossiysk və Anapa şəhərinin 1998-ci il il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandası ilə qarşılaşan futbolçularımız 4:0 hesablı qələbə qazanıb.
Bahadur Həziyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Samir Əliyev və Məhərrəm Həsənov fərqlənib.
