30 aprel 2013 14:41

AFFA rəhbərliyini təhqir etdi, 10 oyunluq cəzalandı!

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağı yaş qrupları arasında keçirilən ölkə çempionatlarına dair aşağıdakı qərarlar çıxarılıb:
 
29 aprel 2013-cü il tarixdə U-17 Liqanın “Turan” – ROİL matçında ROİL iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
25 aprel 2013-cü il tarixdə U-16 Liqanın “Qəbələ” – “Neftçi” matçının 63-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Əli Səmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Oyunun 80+3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Emin Zamanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
 
25 aprel 2013-cü il tarixdə U-16 Liqanın “Bakı 008” – “Vətən” matçında “Bakı 008” iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
23 aprel 2013-cü il tarixdə U-15 Liqanın “Əlincə” – “İnter” matçının 47-ci dəqiqəsində “İnter”in futbolçusu Murad Piriyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
 
28 aprel 2013-cü il futzal üzrə Azərbaycan birinciliyinin “Fənərbağça” – “Çevik” matçının 27-ci dəqiqəsində “Çevik”in futbolçusu Rafiq Salayev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Oyunun 27-ci dəqiqəsində “Çevik”in futbolçusu Fərhad İsgəndərov idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 28-ci dəqiqəsində “Çevik”in rəhbəri Rəhman Musayev AFFA rəhbərliyini və əməkdaşlarını təhqir etdiyi üçün 10 oyunluq cəzalanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.