30 aprel 2013 15:16
Dieqo Simeone: Bakı ilə heç-heçə oynamaqla bağlı razılaşmamız olmayıb
İspaniyanın “Atletico” klubunun baş məşqçisi Dieqo Simeonenin azerisport.az saytına müsahibəsi
- Bakını gəzməyə imkanınız oldu? Bəyəndiniz?
- Bakı mənim üçün sirli şəhər idi. Onun haqda ancaq sözdə eşitmişdim. Amma indi onu görmək imkanı qazandım. Bura gəldiyimiz ilk gün şəhərin mərkəzi yerlərini gördük. Eşitdiyimə görə, şəhər son 5-6 ildə çox dəyişib. İnsanları çox mehribandı. Bakıda “Atletico”nun bu qədər fanatının olduğunu bilmirdim. Bakıda çoxlu parkın olması da xoşuma gəldi.
- Diqqətinizi daha çox cəlb edən nə oldu?
- Şübhəsiz ki, bayraq meydanı. Futbolçularımız orda çoxlu şəkillər çəkdirdilər. Ordan şəhər çox gözəl görünür. Bayrağın özü isə dövlətin bütün gücünü nümayiş etdirir. Yeri gəlmişkən, mənə dedilər ki, bu, dünyada ən böyük bayraqdı.
- Ölkə prezidenti İlham Əliyevlə nə söhbət etdiniz?
- O, idmanı və futbolu çox sevir. Əliyev futbolçularla, xüsusilə Arda Turanla söhbətləşdi. Ümumiyyətlə, Arda Azərbaycanda çox məşhurdu. Yəqin ki, bu, onun Azərbaycana çox yaxın olan Türkiyənin yığma komandasında oynaması ilə əlaqədardı. Mən cənab prezidentə bu cür isti münasibətə görə çox minnətdaram.

- Arda “Bakı”ya qarşı oynayacaq?
- Əgər siz istəyirsizsə, oynayar (gülür). Meydanda olacaq. Amma yəqin ki, bütün 90 dəqiqə ərzində yox. Arda yaxşı futbolçudu. O, “Atletico” üçün çox önəmli oyunçulardandı.

- Oyundan sonra Madridə dönəcəksiz. Özünüzlə hansı təəssüratları aparırsız?
- Ən müsbət təəssüratlarla dönəcəyik. O qədər çoxdu ki, hansından başlayacağımı bilmirəm. Sizin musiqiniz yadımda qaldı. Banketdə eşitdim. Rəqsləriniz möhtəşəmdi. Amma məncə ən yaddaqalan bu gün keçiriləcək oyun olacaq. Anşlaq olsa, hər iki komanda yüz faiz gücünü meydanda qoyacaq.

- Heç-heçə olması mümkündü?
- Aramızda belə razılaşma olmayıb. “Atletico” qələbə qazanmaq istəyir. Amma futbolda hər şey olur. Əminəm ki, azarkeşlər iki yaxşı komandanın ifasında baxımlı və maraqlı futbolun şahidi olacaqlar.