30 aprel 2013 15:23
Hakan Şükürlə Rüştü Reçber də artıq Bakıdadı
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar mayın 1-də veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununda iştirak etmək üçün dəvət alan qonaqlar Bakıya gəlməkdə davam edirlər. Azerisport.az xəbər verir ki, artıq Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı, həmçinin məşhur futbol veteranları Hakan Şükür və Rüştü Rəcbər də Bakıya gəliblər.
Onlar bu gün keçiriləcək “Bakı” – “Atletico” matçını izləyəcəklər, eləcə də bir sıra tədbirlərə qatılacaqlar. Sabah isə veteranlar arasındakı oyunun iştirakçısı olacaqlar.
