30 aprel 2013 15:45
Qazaxıstan - Bolqarıstan oyununu azərbaycanlı hakimlər idarə edəcəklər
FIFA referisi Əliyar Ağayev beynəlxalq oyun idarə edəcək. Azerisport.az xəbər verir ki, Qazaxıstan və Bolqarıstan milli komandaları arasında iyunun 4-də keçiriləcək yoldaşlıq görüşünün baş hakimi Əliyar Ağayev olacaq.
Ona Mehman Mahmudov və Vaqif Musayev kömək edəcəklər.
