30 aprel 2013 15:51
Yoldaşlıq oyunu canlı yayımda
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 1-də, Bayıl stadionunda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu canlı göstəriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma İdman Azərbaycan televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.
