30 aprel 2013 16:46
Abdullah Avcı, Hakan Şükür və Rüştü Reçber AFFA-da (FOTOLAR)
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Bakıda səfərdə olan Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı, həmçinin məşhur futbol veteranları Hakan Şükür və Rüştü Rəcbərlə görüşüb. Azerisport.az xəbər verir ki, baş katib türkiyəli qonaqlara dəvəti qəbul edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 1-də Bayıl stadionunda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununda iştirak edəcəkləri üçün minnətdarlığını bildirib.
Türkiyə futbolunun məşhur simaları qardaş ölkədə olduqlarından böyük məmnunluq hissi keçirdiklərini bidiriblər.
