30 aprel 2013 21:55

Bakı Atleticoya 3 cavabsız qolla uduzdu (YENİLƏNİB)

Bu gün “Bakı” ilə Madridin “Atletico” komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, matç bu klubların bir neçə aydı davam edən əməkdaşlığı çərçivəsində baş tutub.
 
“Atletico”nun qarşılaşmaya əsas heyətlə çıxması gözlənilirdi. Lakin baş məşqçi Dieqo Simeone Falkao və Arda Turan kimi əsas ulduzları meydana butaxmayıb. “Bakı” isə gənc və yeniyetmə futbolçuları da daxil olmaqla, ancaq azərbaycanlılardan ibarət heyətlə oynayıb.
 
Qarşılaşmaya gəlincə, "Atletico" gözlənildiyi kimi, "zolaqlılar" üzərində darmadağına sevinib.
 
Yoldaşlıq oyunu
30 aprel
 
BAKI – ATLETİCO - 0:3 (0:1)
Qollar: Oliver, 43 (0:1), R.Qarsiya, 83 (0:2), R.Qarsiya, 88 (0:3)
 
Oyun başladı
5. Tyaqo qapıya yol tapsa, hakimlər ofsayd qeydə alırlar
6. Adrianın təhlükəli zərbəsi qapıdan azca yan keçdi
10. Hələ ki, "Atletico"nun hücumları daha kəsərli və təhlükəli alınır
18. "Atletico"nun növbəti qolu yenə ofsayd səbəbindən hesaba alınmır
25. O qədər də gərgin mübarizə müşahidə olunmur. Arabir qurulan hücumlar isə çox da təhlükəli alınmır
36. N.Ələsgərov yerini N.Novruzova verir
38. K.Ağayev komandasını real qoldan xilas etdi
43. Oliver qapı qarşısına ötürməni dəqiq zərbəylə tamamlayaraq hesabı açır - 0:1
Matçın ilk yarısına 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Atletico"da D.Kosta, Saul və Qarsiya meydana daxil olur
46. "Bakı"da K.Ağayevi A.Məmmədov əvəzləyir
53. K.Dias oyunda ilk sarı vərəqənin müəllifi olur
59. A.Məmmədov "Bakı"nı real qoldan xilas edir
59. V.Seyidov R.Hacıyevi əvəzləyir
60. A.Məmmədov iki ardıcıl epizodda komandasını əla seyvlərlə qoldan xilas edir
65. "Atletico"da F.Luis, Suares və Qabi meydana çıxır
67. "Bakı"da Ş.Əliyevin əvəzində meydana E.Rzazadə çıxır
70. A.Nəbiyevi Ü.Süleymanov əvəzləyir
75. V.Abdullayevi T.Qürbətov əvəzləyir
76. S.Abdullazadə də sarı vərəqə alır
80. "Bakı" fasilədən sonra dmək olar ki, hücum etmir. Yeniyetmə futbolçularımız ancaq qapılarının toxunulmazlığı haqda düşünürlər
83. R.Qarsiya "Bakı"nı ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 0:2
88. R.Qarsiya hesabı darmadağın həddinə çatdırır - 0:3
Matç başa çatdı
 
BAKI: 1.Kamran Ağayev, 29. Əziz Quliyev, 5. Aqil Nəbiyev, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 8. Vadim Abdullayev, 11. Elvin Məmmədov, 38. Namiq Ələsgərov, 88. Cavid Hüseynov, 99. Rəhman Hacıyev, 23. Rauf Əliyev.
Ehtiyat oyunçular: 12. Aqil Məmmədov, 7. Mahir Mədətov, 22. Sənan Bayramzadə, 18. Elşən Rzazadə, 17. Tural Qürbətov, 20. Valeh Seyidov, 19. Nurlan Novruzov, 3. Vüqar Mustafayev, 6. Ülvi Süleymanov.
ATLETİCO: 1. Asenxo, 44. Vilya, 5. Tyaqo, 6. Koke, 7. Adrian, 11. Rodriqes, 12. Pulido, 15. Sisma, 18. Kata Dias, 22. İnsua, 30. Oliver.
Ehtiyat oyunçular: 13. Kurtua, 2. Qodin, 3. Felipe Luis, 4. Suares, 8. Qarsiya, 9. Falkao, 10. Arda Turan, 14. Qabi, 18. D.Kosta, 20. Xuanfran, 23. Miranda, 28. Saul.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.