2 may 2013 01:32

Çempionlar Liqası: Bayern də finalda! (YENİLƏNİB)

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
“Real” Madriddə Dortmund “Borussia”sını qəbul edib. İlk görüşdə almanlar Madrid təmsilçisi üzərində 4:1 hesablı inamlı qələbə qazanmışdılar. Bu üzdən də növbəti mərhələyə adlamaq üçün ispanların darmadağına imza atması lazım idi. Amma Joze Mourinyonun yetirmələri yalnız oyunun sonlarında iki qol vurmağa imkan tapdılar və bu qələbə həlledici oyuna vəsiqə qazanmaq üçün yetərli olmadı. Əvəzində Yurgen Kloopun komandası ilk finalçı oldu.
 
İkinci oyun günündə isə “Barcelona” 4 cavabsız qolla uduzduğu “Bayern”lə münasibətlərinə aydınlıq gətirib. Almaniya klubu səfərdə də bu rəqibini darmadağın edərək, finala yüksəlib.
 
UEFA Çempionlar Liqası
Yarımfinal (cavab oyunları)
30 aprel
 
Real (İspaniya) – Borussia (Dortmund, Almaniya) - 2:0 (0:0)
Qollar: Benzema, 83, Ramos, 88.
İlk oyun - 1:4
 
1 may
 
Barcelona (İspaniya) – Bayern (Almaniya) - 0:3 (0:0)
Qollar: Robben, 49, Pike, 73-öz qapısına, Müller, 76.
İlk oyun - 0:4.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.