30 aprel 2013 17:50
XL avrokuboklarda iştirak üçün lisenziya əldə etdi
Bu gün AFFA Lisenziyalaşdırma komissiyasında “Xəzər Lənkəran” Futbol Klubunun 2013/2014 mövsümü üçün avrokuboklarda iştirakla bağlı lisenziya verilməsi məsələsinə baxılıb. Azerisport.az xəbər verir ki, komissiyanın yekun qərarına əsasən, cənub klubuna bununla bağlı müvafiq lisenziya verilib.
Beləliklə UEFA-nın klub yarışlarında iştirakla bağlı “Xəzər Lənkəran” klubu uyğun proseduru vaxtında həyata keçirib.
