1 may 2013 18:15
Rüştü Rəçbər: Azərbaycan yığmasına bilərəkdən qol buraxmağa hazırlaşmıram
Futbol üzrə Türkiyə yığmasının sabiq qapıçısı Rüştü Rəçbərin Bakıya səfəri çərçivəsində azerisport.az saytına müsahibəsi
- Öncə Bakı ilə bağlı təəssüratlarını bilmək istərdik...
- Azərbaycana dəvəti çox böyük məmnunluq hissi ilə qəbul etdim. Azərbaycanla Türkiyə bir-birinə yaxın ölkələrdi. Ölkənizdə olmaqdan sevincliyəm. Çox şadam ki, belə gözəl bir şəhərdəyəm. Burda olduğumuz müddətdə bizə böyük diqqət var. Bu günlər yaddaşımızda çox qalacaq. Böyük səbrsizliklə veteranların oyununu gözləyirəm.
- “Bakı”nın “Atletico”ya qarşı oyununu izləyənlər arasında idiniz. Bu görüş haqda nə deyə bilərsiz?
- Maraqlı oyun oldu. “Atletico”nu Bakıda görmək böyük hadisədi. Azərbaycan üçün çox yaxşı reklam oldu. Hamı Arda Turanın meydana çıxmasını gözləyirdi. Təəssüf ki, bu, baş vermədi. bakıda onun nə qədər tərəfdarının olduğunu görmək çox xoş olardı. Mən özüm də onu meydanda görməyi çox istəyirdim. Amma o, ehtiyatda qaldı. Əsas odu ki, gözlənilən bayram baş tutdu.

- Bəs veteranların oyunundan nə gözləyirsiz?
- Bildiyimə görə, bu oyunda dünya futbolunun bir sıra ulduzları çıxış edəcəklər. Sizin komandanın heyətində isə ancaq azərbaycanlı veteranlar yer alacaq. Fikrimcə, böyük bir şou olacaq. Hər bir veteran futbolçu öz keçmiş günlərini yada salmağa, nəyə qadir olduğunu göstərməyə çalışacaq. Əgər mənə də oynamaq şansı yaratsalar, meydana çıxmağa hazıram. Özü də Bakıya mənimlə yanaşı Hakan Şükür və Abdulla Avcı da gəlib. Üçümüzün də bir komandada yer alması maraqlı olacaq.
- Nəticə sizin üçün vacibdi?
- Fikrimcə, bu oyunda çoxlu qollar olacaq. Amma nəticə önəm kəsb etmir. Əsas odu ki, hər iki komanda, eləcə də azarkeşlər bu oyundan zövq alsınlar. Hər hissənin neçə dəqiqədən ibarət olacağını bilmirəm. Sizin veteranlara qarşı oynamaq şəxsən mənim üçün xoş olacaq. Qapıda dursam, qəsdən qol buraxmayacağam (gülür).
- Yəqin ki, Hakan Şükür də qol vurmağa çalışacaq...
- Futbolun əsas gözəlliyi qoldu. Buna görə Hakan da yəqin ki, qol vurmaq üçün əlindən gələni edəcək.
- Azərbaycan futbolu barədə nə dərəcədə məlumatlısız?
- Ölkənizdə futbola böyük maraq var. Bildiyimə görə, son dövrlər bir neçə stadion inşa olunub. Arenaların sayının artması yaxşıdı. Daha böyük uğurlar üçün isə vaxt lazımdı. Uşaq futboluna xüsusi önəm verilməsi vacibdi. Çünki yığmanın gələcək üzvləri məhz burda hazırlanır. Bu cür dəstəyin qarşılığında nəticələr də olmalıdı.

- Türkiyə millisinin Azərbaycanda çoxlu azarkeşləri var. Komandanızın DÇ-2014-ün seçmə mərhələsindəki çıxışını necə qiymətləndirirsiz?
- Bütün aspektləri vurğulamaq istəməzdim. Komandada oyun planında müəyyən problemlər var idi. Amma sona yaxın yığmamız özünə gəlməyə başlayıb. İnanırıq ki, Türkiyə millisi də DÇ-2014-ə vəsiqə qazanacaq.