1 may 2013 18:35
Sumqayıtla oyuna bir itki ilə
"Rəvan” mayın 4-də Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Sumqayıt”ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, komanda bu oyuna hazırlığı elə matçın keçiriləcəyi "Bayıl stadionu”nda davam etdirir.
Gündə 1 dəfə olmaqla məşq edən komandada əsas diqqət toplu çalışmalara yönəldilib. Amma fiziki hazırlıq və qapıya zərbələr də yaddan çıxmır. Bu gün baş tutan hazırlıqda futbolçular "kvadrat” oynamaqla təzyiq altında topu özündə saxlamaq üzərində xüsusi çalışıb.
Qeyd edək ki, məşqdə Nikolay Orlovskidən başqa, hamı fəal iştirak edib. Moldovalı müdafiəçi zədəlidi və fərdi qaydada məşq edir. Onun "Sumqayıt”la görüşdə iştirakı da sual altındadı.
