1 may 2013 21:50
Hakan Şükür veteranların oyunundan imtina etdi
Futbol üzrə Türkiyə yığmasının sabiq hücumçusu, hazırda Türkiyə parlamentinin deputatı olan Hakan Şükür bu gün keçirilən Azərbaycan və Avropanın veteranları arasındakı yoldaşlıq oyunundan imtina edib. Azerisport.az xəbər verir ki, türkiyəli veteran futbolçu Bakıya səfəri ərəfəsində saytımıza açıqlamasında bu qarşılaşmada da iştirak edəcəyini bildirmişdi.
Lakin o, nəinki sözügedən matçın iştirakçısı olub, heç “Bayıl Arena”ya da gəlməyib. Türkiyəli veteranlardan yalnız Rüştü Rəçbər meydana çıxıb.
Xatırladaq ki, sözügedən qarşılaşma 3:3 hesabıyla başa çatıb.
