1 may 2013 22:07
Duayt York: Azərbaycanda futbol oynamağı bacarırlar
İngiltərənin “Manchester United” klubunun sabiq forvardı Duayt York Azərbaycan və Avropadan olan futbol veteranları arasındakı yoldaşlıq oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Şən oyun alındı. Sizin veteranların meydandakı çıxışını görəndən sonra əminliklə demək olar ki, Azərbaycanda futbol oynamağı bacarırlar. Çox yaxşı təsir bağışladılar. Etiraf edim ki, yaxşı formada deyildim. Təxminən bir ilə yaxındı futbol oynamırdım. Bu oyun çox xoşuma gəldi. Ümid edirəm ki, məni yenidən belə oyunlara dəvət edərlər”.