1 may 2013 11:34
Azərbaycan - Avropa matçı üçün heyətlər açıqlandı
Xəbər verdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bu gün saat 20:00-da, Bayıl stadionunda veteran futbolçular arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq bu oyunda kimlərin iştirak edəcəyi tam dəqiqləşib.
Azərbaycan veteranları komandasının heyətini və bu oyunla bağlı Bakıya gəlmiş əcnəbi futbol veteranlarının siyahısını diqqətinizə çatdırırıq:
Azərbaycan veteranları: Camaləddin Əliyev, Elxan Həsənov, Dmitri Kramarenko, Əsgər Abdullayev, Şakir Qəribov, Asim Xudiyev, Əbdülqəni Nurməmmədov, Şahin Diniyev, İsgəndər Cavadov, İqor Ponomaryov, Vaqif Sadıqov, Tərlan Əhmədov, Oqtay Abdullayev, Mehman Allahverdiyev, Vidadi Rzayev, Qurban Qurbanov, Samir Ələkbərov, Nazim Əliyev, Nazim Süleymanov, Arif Əsədov, Maşallah Əhmədov, Vəli Qasımov, Yaşar Vahabzadə, Asif Əliyev, Müşviq Hüseynov.
Məşqçilər: Ağasəlim Mircavadov, Səməd Qurbanov.
Beynəlxalq veteranlar yığması: Berti Foqts, Uli Ştayn, Dario Şimiç, Tomas Stepan, Edmar Bernardes Dos Santos, Bernd Şuster, Hakan Şükür, Duayt York, Abdullah Avcı, Rüştü Recber, Andrey Kançelskis, Revaz Arveladze, Arçil Arveladze, Leonid Buryak, Aleksandr Çivadze, Andrey Ziqmantoviç, Vaqiz Xidiyatullin, Tengiz Sulakvelidze, Kaxaber Sxadadze, Nikolay Boqdanov.
Qeyd edək ki, beynəlxalq veteranlar yığmasının heyətində dünya və Avropa çempionatlarının, habelə nüfuzlu beynəlxalq klub turnirlərinin mükafatçısı olmuş futbolçular yer alıb.
