1 may 2013 12:11
Rövnəq Abdullayev: Əcnəbi hakim gətirilməsinin əleyhinəyəm
AFFA prezidenti Rövnəq Abdullayev “Neftçi”nin Topaz Premyer Liqasının 29-cu turunun “Qarabağ”la oyununa əcnəbi hakim gətirilməsi tələbinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, futbol təsərrüfatımızın rəhbəri bunları dilə gətirib:
“Mən əcnəbi hakimlərin gətirilməsinin əleyhinəyəm. Çünki bizim özümüzün də FİFA referilərimiz var. Mən özüm də klub prezidenti olmuşam. Bilirəm ki, hakimlikdən narazılıq həmişə olub. Lakin istənilən halda çempionat oyunlarına əcnəbi hakim dəvət olunmasını düzgün hesab etmirəm. Çünki bizə daha çox Azərbaycan futbolunun inkişafı haqda düşünmək lazımdı. Hakimlik də bizim futbolun əsas hissələrindən biridi. Avropadakı oyunlara təyinat alan referilərimiz əcnəbilərdən heç nədə geri qalmırlar. Hətta bəzi komponentlərdə həmkarlarını üstələyirlər”.