2 may 2013 00:14
Abdulla Avcı oynamasa da, Azərbaycan yığmasının formasını aldı
Xəbər verdiyimiz kimi, futbol üzrə Türkiyə yığmasının sabiq üzvü Hakan Şükür Azərbaycan və Avropanın veteran futbolçuları arasında keçirilmiş yoldaşlıq görüşündə iştirak etməyib. Azerisport.az xəbər verir ki, qeyri-müəyyən səbəblərdən o, hətta görüşün baş tutduğu “Bayıl Arena”ya da təşrif buyurmayıb.
Onunla yanaşı Türkiyə yığmasının indiki baş məşqçisi Abdulla Avcı də veteranların görüşündə iştirak etmədi. Amma Hakandan fərqli olaraq, Avcı “Bayıl Arena”da olub. Qarşılaşmadan sonra ona hətta Azərbaycan yığmasının forması da hədiyyə olunub.
Qeyd edək ki, Türkiyədən bu görüşə Hakan Şükür, Abdulla Avcı və Rüştü Rəçbər dəvət olunmuşdu. Onların hər üçünün sözügedən oyunda iştirak edəcəyi bildirilsə də, yalnız Rüştü ikinci hissədə meydana çıxdı.
