1 may 2013 12:23
Tahir Gözəl Bakı – Atletiko matçında (FOTO)
Daim “Qarabağ”ın yanında olan “Qarabağ”ın vitse-prezindeti Tahir Gözəl yenə ənənəsinə sadiq qalıb. Azerisport.az xəbər verir ki, çempionatın həlledici məqamında başqanla texniki heyət arasında ənənəvi görüşlərdən biri baş tutub.
Çempionatla bağlı söhbət etdikdən sonra “Bakı all stars” – “Atletiko” matçı haqqında danışılıb. Tahir Gözəl bu oyunun Azərbaycan futbolu üçün çox önəmli hadisə olduğunu, “Bakı”nın prezidenti Hafiz Məmmədovun bu işdəki əməyini yüksək qiymətləndirmək lazım olduğunu vurğulayıb. Elə toplantı bitər-bitməz başqan Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovla birlikdə “Bakı all stars” – “Atletiko Madrid” matçını izləməyə yollanıb. (klub saytı)
